Livanın şərqində, Baalbek şəhərində suriyalı qaçqınlar üçün salınmış düşərgədə yanğın baş verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yanğını yerli sakinlərin yardımı ilə qaçqınlar söndürüb.
Hadisənin baş verməsinə səbəb kimi çadırlardan birində qaz plitəsinin nasazlığı göstərilib.
Düşərgədə 200 yaxın çadır var. Onların hər birində onlarla qaçqın yaşayır.
Olay nəticəsində xəsarət alanını olmadığı bildirilib.