Suriyadan Türkiyəyə 350 atlı hücum çəkdi
30 iyul 2013 18:20 (UTC +04:00)

Suriyadan Türkiyəyə 350 atlı hücum çəkdi

 

Bu gün Suriyadan Türkiyəyə 350 atlı qanunsuz keçməyə cəhd göstərib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Hatayın Reyhanlı rayonunda Oğulpınar sərhəd-keçid məntəqəsinin olduğu bölgədə atlıların sərhədi keçməsinin qarşısını almaq üçün 3 zirehli texnika əraziyə çıxarılıb.

 

Atlılar zirehli maşınlara daş atmağa başlayıblar. Atlı qaçaqlara xəbərdarlıq atəşi açılıb, eyni zamanda qaz bombasından istifadə edilib. Əraziyə əlavə birliklər göndərilib və atlılar Suriya istiqamətinə çəkilməyə məcbur ediliblər.

Bu gün səhər saatlarında Suriyadan Türkiyəyə 2 min suriyalının piyada qanunsuz keçməsinin də qarşısı alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar