Suriyadakı kimyəvi silahın məhvinə 300-400 mln lazımdır
13 sentyabr 2013 04:47 (UTC +04:00)

Suriyadakı kimyəvi silahın məhvinə 300-400 mln lazımdır

Suriyadakı kimyəvi silahların məhv edilməsi üçün bir neçə yüz milyon dollar lazımdır. Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, Rusiya döyüş sursatları üzrə agentliyin keçmiş direktoru, müdafiə sənayesinin keçmiş naziri Zinoviy Pak bu haqda açıqlama verib. Agentlik Rusiyada kimyəvi tərksilahla birbaşa məşğul olub.

 

«Əgər Suriyada min tonlarla zəhərli maddə varsa, o zaman onların məhvi üçün 300-400 milyon dollar maliyyə vəsaiti lazımdır. Çox deyil. Ancaq onlar «doğranmazsa», bu rəqəm iki, hətta üç dəfə arta bilər. Bundan başqa həmin dövrdə terror aksiyalarının olmaması da əsas şərtlərdəndir. Bir də kimyəvi tərk silahla məşğul olacaq insanların kimliyi əsasdır» -deyə, keçmiş nazir vurğulayıb.

 

Onun sözlərinə əsasən, Suriyadakı kimyəvi silahların məhvinin dəyərini dəqiqləşdirmək üçün onların əlində olan kimyəvi silahın növü və sayı da müəyyənləşdirilməlidir.

 

Xatırladaq ki, Suriyadakı kimyəvi silahın məhvi və daşınması üçün 75 min mütəxəssisin lazım olduğu bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar