Suriyada kimyəvi silahdan kimin istifadə etdiyindən ABŞ xəbərsizdir
01 may 2013 07:47 (UTC +04:00)

Suriyada kimyəvi silahdan kimin istifadə etdiyindən ABŞ xəbərsizdir

Suriyada kimyəvi silahdan istifadə məsələsi günün tapmacasına çevrilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prezidenti Barak Obama bildirib ki, Suriyada kimyəvi silahdan kimin, harada, nə vaxt hansı şəraitdə istifadə etməsindən ABŞ hakimiyyəti xəbərsizdir.

 

O, Suriyada kimyəvi silahdan istifadəyə dair əllərində sübut olduğunu vurğulayıb.

 

«Ancaq bu məlumatlara münasibət bildirməzdən öncə bütün faktlar təsdiqlənməlidir»-deyə, o, bildirib.

 

ABŞ lideri əlavə edib ki, o, Pentaqona məsələnin araşdırması ilə bağlı göstəriş verib.

 

Xatırladaq ki, İr müddət öncə B.Obama bəyan etmişdi ki, əgər Suriyadakı münaqişədə kimyəvi silahdan istifadə faktı təsdiqlənərsə, onda «oyun qaydalarında dəyişiklik ediləcək».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar