Suriyada girov götürülmüş italiyalı jurnalist azadlıqda
13 aprel 2013 20:11 (UTC +04:00)

Suriyada girov götürülmüş italiyalı jurnalist azadlıqda

İtaliya xarici işlər naziri vəzifəsini icra edən Mario Moti bildirib ki,, aprelin 6-da Suriyada, Türkiyə sərhədi yaxınlığında girov götürülmüş 4 italiyalı jurnalist azadlığa buraxılıb.

 

Lent.az-ın  «BBC»-yə istinadən məlumatına görə,girov götürülənlərdən biri qadın 3 kişi jurnalist olub.

 

Azad olunmuş jurnalistlər İtaliyanın «RAİ» informasiya agentliyinin əməkdaşlarıdır.  XİN bəyanatında girov götürülmüş jurnalistlərin azadlığa buraxılmasının təfərrüatları açıqlanmır. Məlumata görə,  azadlığa buraxılmış jurnalistlər artıq Türkiyəyə aparılıb. 

 

# 851
avatar

Oxşar yazılar