Suriyanın İdlib şəhəri ətrafında üsyançıların mövqeyi raket və artilleriya atəşinə tutulub. Lent.az-ın «intrefaks»a istinadən məlumatına görə, bu haqda Londonda yerləşən Suriya İnsan Haqları üzrə Müşahidəçilər Şurası bildirib.
Hüquq müdafiəçilərinin məlumatına əsasən, 5 yaşayış məntəqəsi atəşə tutulub.
Nəticədə azı 30 nəfər həlak olub. Qanlı olayın qurbanlarının 8 – i qadın, 6 uşaqdır. Məqrə kəndində raket yaşayış evinə düşüb. Nəticədə 13 nəfər həyatını itirib. Son atışmada daha çox qurban bu kənddən olub.