Beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» bildirib ki, ötən həftə Suriyada azından 70 uşaq öldürülüb.
Lent.az-ın məlumatına görə, hüquq müdafiəçiləri fevralın 18-22 arasında Hələbin yaşayış məntəqəsinin raket atəşinə tutulması nəticəsində 141 nəfərin həlak olduğuna diqqəti çəkib.
BMT-nin uşaqların hüququnu müdafiə təşkilatı, YUNİSEF isə bildirib ki, Dəməşqdə məktəb yaxınlığında maşının partladılması nəticəsində 20 uşaq həlak olub.