Suriyada 7 hərəkat birlik yaratdığını elan edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yeni müxalifət birliyi «İslam cəbhəsi» adlanacaq.
Silahlı müxalifət bildirib ki, bu birlik «müstəqil siyasi, hərbi və ictimai» təşkilat olacaq.
«İslam Cəbhəsi» həm Bəşar Əsədə, həm də «əl-Qaidə»yə qarşı mübarizə aparacaq. Birliyə qatılanlar arasında «Liua ə-Tauhid», «Ehram aş-Şam», «Ənsar aş-Şam», « İslam Ordusu», «Liua əl-Haqq» və «Sukur aş-Şam» da var.
Çeşidli məlumatlara əsasən, cəbhədəki yaraqlıların sayı 45 minədəkdir.
«Əl-Qaidə», «Cəbhət ən-Nusra», «İraq və Levante İslam Dövləti» birliyə qoşulmayıb.
«Cəbhə» Suriyanın başlıca müxalifəti sayılan Milli Şura ilə əməkdaşlıq edəcəyini bildirib.