Suriyada “Qrünhelme” alman humanitar təşkilatının üç əməkdaşı girov götürülüb.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, təşkilatın təsisçisi Rupert Noydekin açıqlamasında bildirib ki, Almaniya vətəndaşları bir ay yarım bundan əvvəl itkin düşüb, lakin xəbəri geniş ictimaiyyətə elan etmək bu gün qərara alınıb.
Girov götürülənlər mexanik, inşaatçı-texnik və mühəndisdir. “Biz öz səylərimizlə onların yerini müəyyən edə biləcəyimizə ümid edirdik”, deyə Noydek bildirib. O, Almaniya XİN-i, kansler Anqela Merkeli və BMT-ni “Suriya müxalifəti və rəsmi Dəməşqlə birgə onların azad olunmasına səy göstərməyi” xahiş edib.
Qeyd edək ki, məsələnin həlli üçün Almaniya XİN-də “böhran qərargahı” yaradılıb.