Suriya Müxalifəti və inqilabçı qüvvələr milli koalisiyası, keçmiş siyasi məhbus Əhməd əl-Carbanın özünə yeni prezident seçib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şuranın 114 üzvündən 55-i ona səs verib. Səsvermə İstanbulda keçirilib.
Koalisiya üç nəfərdən ibarət vitse-prezident də seçib. Onlardan biri, Faruk Tayfur «Müsəlman qardaşları» hərəkatının təmsilçisidir.
Koalisiyanın keçmiş lideri Müəz əl-Xətib cari ilin marında istefa verəndən bu vəzifə boşdur.