Suriya müxalifəti və inqilabçı qüvvələrinin Milli Koalisiyası sentyabrın 14-də mülayimə islamçı Əhməd Tumanı müvəqqəti baş nazir seçib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Mənbənin bildirdiyinə əsasən, baş nazirin seçkisi İstanbulda keçirilib. Koalisiyanın 97 təmsilçisindən 75-i onun lehinə səs verib.
48 yaşlı Əhməd Tuma Suriyanın Deyr-əz Zor əyalətində anadan olub.
Məlumatda bildirilib ki, o, hakimiyyətə qarşı çıxışlarına görə əvvəllər həbsdə olub.
Əvvəllər müxalifətin müvəqqəti baş nazir seçməsi cəhdi uğursuz olub.