Suriya müxalifətinin Dəməşqdəki təmsilçisi bildirib ki, Cobar rayonunda zəhərli qazdan istifadə edilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Reşet Bet» radiostansiyası «əl-Cəzirə»-yə əsaslanaraq, bu haqda xəbər yayıb.
Məlumata əsasən, xəsarət alanlar var. Ancaq Dəməşqdəki rejimin mənbələri bu xəbəri təsdiqləməyib.
Bəşar Əsədə bağlı ordunun zəhərli maddələr tətbiqini müxalifət təmsilçiləri xəsarət alanlardakı simptomlara əsaslanıblar – qıcolma, tənəffüs almada çətinlik, dərinin qıcıqlanması, tarazlığın itirilməsi, baş gicəllənmə və s.
Xatırladaq ki, avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah tətbiqinin izlərini araşdıran BMT müfəttişləri hesabatı sentyabrın 16-da açıqlayacaq.