Suriya Hərbi Hava Qüvvələri bu gün Livanın Arsal şəhərinə raket zərbəsi endirib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, şəhərə iki raket düşüb.
Qeyd edək ki, sünnilərin yaşadığı Arsal Bekaa vadisində yerləşir və müxalif Azad Suriya Ordusunun əsas dayaq bazalarından sayılır.