Suriya: hakimiyyət sahildə kütləvi qırğın törədib
04 may 2013 06:48 (UTC +04:00)

Suriya: hakimiyyət sahildə kütləvi qırğın törədib

Suriyanın əsas müxalifəti BMT-ni liman şəhəri Tartusun yaxınlığında baş verən kütləvi qırğına qarışmağa çağırıb.

 

Lent.az-ın məlumatına görə, Suriya Milli Şurası bildirib ki, hakimiyyətyönlü polis və hərbçilər Beyda kəndində azı 50 nəfəri qətlə yetiriblər.

 

Yerli fəalların sözlərinə əsasən, hakimiyyətin hərbçiləri kənddəkilərin bəzilərini doğrayıb, bir çoxunu isə yaxın məsafədən güllələyərək, qətlə yetiriblər.

 

Suriyanın dövlət informasiya vasitələri isə həmin bölgədə « hərbçilərin terrorçulara qarşı güc tətbiq etdiyini» bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar