İndoneziyada zəlzələ: bir kənd yerlə bir olub - YENİLƏNİB
03 iyul 2013 06:23 (UTC +04:00)

İndoneziyada zəlzələ: bir kənd yerlə bir olub - YENİLƏNİB

 

Sumatridə zəlzələ qurbanları sayının 25-dək artdığı bildirilib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Açex əyalətinin Blanqmaçunq kəndindəki evlərin az qala hamısı yerlə bir olub. 

***

22.09

İndoneziyanın Sumatra adasının şimalında baş vermiş zəlzələ nəticəsində 6 nəfər həlak olub, 200 nəfərə yaxın yaralanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ən çox ziyan  Açex əyalətinə dəyib. Orada 6,1 bal gücündə yeraltı təkan olub.

 

ABŞ Geoloji Xidmət Mərkəzinin məlumatına əsasən, təkanlar adanın şimal ucunda, 10 km dərinlikdə baş verib.

 

Baş vermiş təbii fəlakət nəticəsində əyalət mərkəzi Bənd-Açexdə binalar dağılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944
avatar

Oxşar yazılar