Stüardessalara pomada qadağası
29 aprel 2013 15:12 (UTC +04:00)

Stüardessalara pomada qadağası

Türkiyədə stüardessalar üçün yeni qadağalar tətbiq olunur.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə,  “Türk Hava Yolları” şirkəti stüardessalar üçün yeni qadağa siyahısı hazırlayıb.

Artıq “Türk Hava Yolları” şirkətində çalışan 4 minə qədər stüardessa qırmızı və çəhrayı dodaq boyası əvəzinə şəffaf-parlaq dodaq boyasından istifadə etməli olacaq. Stüardessaların saçları yenə qulaq üzərindən at quyruğu, yaxud toppuz formasında olacaq. Yeni qaydalar yaxın günlərdə stüardessalara paylanacaq kitabçada yer alacaq.

 

Qeyd edək ki, keçən ilin iyulunda “Türk Hava Yolları” şirkəti stüardessalara pastel rəngli makyaj vasitələrindən istifadəni, saçların qırmızı və platin sarısı rənglərə boyanmağı qadağa edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595

Oxşar yazılar