Gürcüstanın Qori şəhərində İosif Stalinin abidəsi yenidən quraşdırılacaq. APA-nın “Georgia Online” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Gürcüstan mədəniyyət naziri tərəfindən SSRİ-nin keçmiş liderin doğma şəhəri olan Qori rəhbərliyin müraciətindən sonra qəbul olunub. İlkin məlumatlara görə, abidə dekabrın 21-də İosif Stalinin ad günündə yenidən qoyulacaq.
Qeyd edək ki, Stalinin abidəsi 2010-cu ilin iyun ayında sökülüb. Bundan sonra şəhər sakinləri bir neçə dəfə abidənin qaytarılması tələbi ilə aksiyalar keçirdiblər.