Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsveçdə həmkarı Karin Enstremlə görüşdə bildirib ki, Suriyadakı qarşıdurma vətəndaş müharibəsi deyil.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, bu ölkədə baş verənləri belə dəyərləndirib: «Çeşidli dövlətlərdə müxtəlif münaqişələr yaradanlara qarşı mübarizədir».
İsveçli həmkarı ilə danışıqlardan sonra Suriya məsələsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini də vurğulayıb.
Tərəflər Əfqanıstandakı durumu və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.