Almaniyada qətl və kannibalizmdə şübhəli bilinən polis həbs olunub. Lent.az-ın məlumatına görə, Drezden şəhərindən olan 55 yaşlı polis qurbanı ilə sado-mazoyla həvəskarlarına aid saytda tanış olub.
Həmin şəxs də kişi olub. Qətl onların ilk görüşündən təqribən 1 ay sonra baş verib. Polislə görüşən şəxsin öldürülməsinə və yeyilməsinə razılaşdığı, yoxsa qətlin məqsədli olduğu bilinmir.
Qeyd edək ki, həbs olunan Saksoniyanın cinayət axtarışı idarəsində məhkəmə-tibbi ekspertizada işləyib.