ŞOK: Cərrah xəstənin mədəsindən oğurluq etdi
13 avqust 2013 16:10 (UTC +04:00)

ŞOK: Cərrah xəstənin mədəsindən oğurluq etdi

Rusiyanın Krasnoyarsk diyarındakı Boqotol şəhəri xəstəxanalarından birinin həkim-cərrahına qarşı 2 cinayət işi qaldırılıb. Lent.az-ın xəbərinə görə, bu barədə “İnterfax”a Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Cinayət işi narkotik kuryeri ilə məşğul olan müştəridən heroin oğurluğu faktı üzrə açılıb. Cərrah qarnında heroin gəzdirən kişini əməliyyat edib. Lakin o, heroinin bir hissəsini özündə saxlayıb. Cinayət axtarış qrupunun əməkdaşları baxış zamanı xirurqdan içərisində 5 qram heroin olan bağlama tapıblar. Saxlanıldığı an həkim narkotiklərin təsiri altında olub. İndi onu 15 ilədək həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar