Snoudenin ucbatından Obama - Putin görüşü pozula bilər
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyanın müvəqqəti sığınacaq verməsi iki ölkə arasında vəziyyəti gərginləşdirə bilər.
Lent.az-ın xarici «BBC»-yə istinadən məlumatına görə, Moskvanın bu addamı Vaşinqtonu məyus edib. Ağ Evin təmsilçisi Cey Karni Rusiya qaçqın agentə sığınacaq verəcəyi ilə bağlı ı ABŞ-ı xəbərdar etməyib.
Karni prezident Barak Obama ilə Vladimir Putinin sentyabrda keçirilməsi planlaşdırılan görüşünün baş tutmaya biləcəyinə eyham vurub.
«Son hadisələr fonunda bu sammitin bizə sərf edəcəyi haqda düşünməliyik»-deyə, o,söyləyib.
«Röyetr»in məlumatına əsasən, gələn həftəyə ABŞ-ın dövlət katibi Con Kerri və müdafiə naziri Çak Heygel rusiyalı həmkarları ilə görüşü planlaşdırılıb. İki ölkə arasındakı indiki vəziyyət gerçəkləşəcəyi halda bu görüşün gərgin keçəcəyini indidən ehtimal etmək olar.