Rusiya Snoudenin atasına   viza vermir
04 sentyabr 2013 07:49 (UTC +04:00)

Rusiya Snoudenin atasına viza vermir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Rusiyada mühacir həyatı yaşayan Edvard Snoundenin atası Lon Snoudeni Moskvaya oğlu ilə görüşə gedə bilmir.

 

Lent.az-ın «İTAR -TASS»-a istinadən məlumatına görə, o, hələ də Rusiya vizasını ala bilməyib.

 

Xatırladaq ki, hələ avqustun 11-də Lon Snouden və vəkili Brüs Feyn bildirmişdi ki, vizanı alıblar.

 

«Lon Snoudenin Rusiya vizası almaması faktdır. Vəkili Rusiya konsulluğuna məsələ ilə bağlı müraciət edəndə ona bildiriblər ki, bunun üçün Xarici İşlər Nazirliyinin sanksiyası lazımdır. Bu isə hələ yoxdur» -deyə, «İTAR-TASS»-ın mənbəyi bildirib.

 

Vizanın verilməsinin gecikdirilməsi səbəbini mənbə deməyə çətinlik çəkib, bununla belə o, ata Snoudenin oğlu ilə görüşu səbirsizlik gözlədiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar