Snoudenin atası Rusiyaya bu həftə də getməyəcək
13 avqust 2013 05:53 (UTC +04:00)

Snoudenin atası Rusiyaya bu həftə də getməyəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin atası Lon Snouden azından bu həftənin sonunadək Rusiyaya səfər etməyi planlaşdırmayıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ata Snoudenin vəkili Brüs Feynin xanımı və təmsilçisi Meti Feyn  açıqlama verib.

 

Səfərin nə vaxt gerçəkləşəcəyi ilə bağlı sualı cavablandıran təmsilçi deyib: «Bu həftə olmayacaq». O, vəkil Feyn və Lon Snoduenin Rusiyaya viza aldığını təsdiqləyib.

 

Təmsilçi Edvard Snouden hazırda mətbuatdan qaçdığını vurğulayaraq, ictimaiyyəti müvəkkilinin dilindən ictimai şəbəkə səhifələrində yazılan çoxsaylı məlumatlara inanmamağa çağırıb: «O, «tivitter»də heç nə yazmır və «facebook»da heç nə yerləşdirmir. Bu haqda biz onun vəkili Anatoli Kuçerenlə də danışmışıq və o, bunu təsdiqləyib».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar