ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin atası Lon Snoudenin Rusiyaya səfəri yaxın 3 həftədə gerçəkləşdiriləcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onu vəkili deyib: «Biz konkret vaxtı deyə bilmərik, ancaq yaxın 3 həftə ərzində bu səfər baş tuta bilər».
Snoudenin vəkili Anatoli Kuçeren bildirib ki, müvəkkilinin valideynləri Rusiyaya viza almaq üçün sənədlərini təqdim etməyə hazırlaşır.
Rusiyanın ABŞ-dakı səfirliyi bunu «onların şəxsi işi» adlandıraraq, məlumatı şərh etmək imtina edib.