Snoudenə sığınacaq verənlər: Nikaraqua tərəddüd edir, Venesuela isə qətiyyətlidir
06 iyul 2013 07:51 (UTC +04:00)

Snoudenə sığınacaq verənlər: Nikaraqua tərəddüd edir, Venesuela isə qətiyyətlidir

Snoudenə sığınacaq verənlər: Nikaraqua tərəddüd edir, Venesuela isə qətiyyətlidir

Venesuela prezidenti Nikolas Maduro Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verməyə hazır olduğunu bildirib.

 

Len.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib:«Venesuela Bolivar Respublikasının dövlət və hökumət başçısı kimi mən gənc amerikalı Snoudenə humanitar sığınacaq vermək qərarına gəlmişəm».

 

Daha öncə Nikaraqua prezidenti Daniel Orteqa «şərait imkan versə, Snoudenə sığınacaq verəcəyini» bəyan etmişdi.

 

Moskvadan Nikarquaya birbaşa təyyarə reysi olmadığından Snoudenin Latın Amerikasına necə uçacağı məlum deyil.

 

İyunun 23-dən o, 21 ölkəyə siyasi sığınacaq istəyi ilə müraciət edib. Onların çoxu artıq onun bu sorğusunu mənfi cavablandırıb.

 

 

Hazırda Edvard Snouden Moskvada «Şeremetyevo» hava limanının ərazisindədir.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

 

# 408
avatar

Oxşar yazılar