Snouden daha üç ay hava limanında yaşayacaq
17 iyul 2013 05:35 (UTC +04:00)

Snouden daha üç ay hava limanında yaşayacaq

İyulun 16-da Ağ Evin təmsilçisi Cey Karni bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin təhvil verilməsi ilə bağlı Rusiya tərəfinin razılığını almaqda israr etməkdədir.

 

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, o, əlavə edib ki, rəsm Vaşinqton hər təmasda Moskva qarşısında bu məsələni qaldırmaqdadır.

 

Xatırladaq ki, iyulun 16-da Snouden müvəqqəti sığınacaq üçün Rusiya hakimiyyətinə rəsmi müraciət edib. Onun bu istəyinə üç ay ərzində cavab veriləcək.

 

Bu isə nəzəri cəhətdən Snoudenin daha üç ay Moskvanın Şeremetyev hava limanında yaşaması deməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar