Sentybarın 14-də Sloveniyanın paytaxtı Lyublyanada ilk islam mədəniyyət mərkəzinin rəmzi daşqoyma mərasimində ölkənin baş naziri Alenki Bratuşek, bir neçə min dindar, habelə çoxlu sayda xarici qonaq iştirak edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, 11 min kvadrat metrlik mərkəz məscid, 40 metr hündürlükdə minarə, mədrəsə və idman mərkəzi, kitabxana, yaşayış yerindən ibarə olacaq.
12 milyon avroluq tikintinin 3 ilə başa gələcəyi nəzərdə tutulub. Maliyyə vəsaitinin böyük hissəsini Qatar hakimiyyəti ianə edib.
Mənbənin məlumatına əsasən, Sloveniya əhalisinin 2,5 faizi müsəlmandır.
Ölkənin Loq şəhərindəki yeganə məscidi 1916-cı ildə bosniyalı müsəlman tikdirib. İkinci dünya savaşından sonra o, da baxımsızlıqdan uçub, dağılıb.
Keçmiş Yuqoslaviyanın tərkibində olmuş bu respublikanın müsəlman əhalisi 1969-cu ildə yeni məscid tikilməsi təşəbbüsü ilə çıxış etmiş siyasi səbəbdən ona icazə verilməmişdi.