Şir sürüsündən bəşəriyyətə dərs
20 avqust 2013 10:05 (UTC +04:00)

Şir sürüsündən bəşəriyyətə dərs

Tanzaniyada şir sürücü körpəliyindən boynunda ilişib qalmış metal çəmbərə görə yavaş-yavaş ölməkdə olan gənc şirə düz üç il qayğı göstərib.

Lent.az-ın məlumatına görə, bu barədə oxu.az lifenews-a istinadən xəbər verib. Hadisə Tanzaniyada Mikumi milli parkında yaşayan şirlərin ailəsində baş verib.

Vəhşi heyvanlar bədbəxtliklə üzləşmiş şirə qarşı bəzi insanların özlərini apardıqlarından daha yaxşı rəftar göstəriblər. Sürü üç il ərzində metal çəmbərə ilişmiş şirə qayğı göstərib.

Yaralı şiri turistlər hələ 2009-cu ildə görüblər: heyvanın boynunu metal çəmbər sıxırmış, şir hələ körpə vaxtında brakonyerlərin qurduğu bu tələyə düşüb.

- Ovçular antilop impala kimi kiçik heyvanları tutmaq üçün tələ qururlar. Yəqin, körpə şir başını bu tələyə soxub və çəmbər onun boynunda ilişib qalıb - qoruğun baş baxıcısı Uilyam Mvkilema deyir.


Zaman-zaman gənc şir bu çəmbərin girovuna çevrilib. İldən ilə məftil şirin boynuna daha çox bataraq, onu uzun çəkən və əzablı ölümlə üz-üzə qoyub.

- Bizim şirin bəlaya düşməsi barədə ilk siqnaldan sonra onu axtarıb azad etməyə çalışdıq. Lakin qoruğun ərazisi çox böyükdür, bu heyvanlar isə çox ehtiyatlıdırlar - Mvakilema danışır. - Ona görə də, şir yalnız öz qardaşlarının hesabına sağ qalıb.

Qoruq əməkdaşının sözlərinə görə, vəhşi heyvanların davranışı onları heyran qoyub. Qardaş və bacıları yaralı heyvanı dəstəkləyir, ona ovdan yemək gətirirmişlər.

- Onlar adətən zəif erkəkləri öldürsələr də, bu şirə dəyməyiblər. Əksinə, insanların uzaqda olduğu bir vaxtda ona kömək ediblər - deyə, o qeyd edib.

Birgə səylər nəticəsində reyncerlər və turistləri ölməkdə olan şiri yalnız bu ilin avqustunda aşkarlayıblar. Dərhal hadisə yerinə baytarları çağırılıblar. Onlar heyvanı yuxuya verərək, çəmbəri boynundan çıxarıblar. Zədələr o qədər dərin olub ki, insanlar qarışmasaydı, şir ölə bilərdi.

Yaraları təmizləyən insanlar şiri ona sadiq ailənin əhatəsində qoyaraq, həmin yerdən uzaqlaşıblar. Xilasetmə əməliyyatından sonra şiri yenidən qoruqda görüblər - o, demək olar ki, sağalıb, boynunda və başında nəhayət ki tük bitməyə başlayıb, dəhşətli yaraları isə yalnız dərin çapıqlar xatırladır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Oxşar yazılar