Siqaret çəkən mənzilindən ola bilər
01 avqust 2013 04:47 (UTC +04:00)

Siqaret çəkən mənzilindən ola bilər

Siqaret tüstüsü ictimai yerlərə keçərsə, o zaman mənzilində siqaret çəkən evindən çıxarıla bilər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Almaniyanın Düsseldorf məhkəməsi bu haqda qərar çıxarıb.

 

Qonşuları və icardarlar nərdivandan siqşaret iyi və tüstüsü gəldiyi üçün 75 yaşlı Fridehelm Adolfu məhkəməyə veriblər.

 

Məhkəmədə o, deyib ki, 40 ildir həmin mənzildə yaşayır və mənzilini keçilməz etməyə imkanı yoxdur. Bununla belə hakim şikayətçilərini iddiasını təmin edib. Siqaret çəkən yaşlıya xəbərdarlıq edilib.

 

Bu yaxınlarda Almaniyada siqaret çəkənləin haqlarının məhdudlaşdırılmasına qarşı etiraz aksiyası keçirilib. Onlar belə qərarları «totalitar tədbirlər» adlandırıb .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar