Sinqapur: mühacirlərin hesabına demoqrafiyanın artması planı
02 may 2013 07:49 (UTC +04:00)

Sinqapur: mühacirlərin hesabına demoqrafiyanın artması planı

Sinqapurda 3 min nəfərin iştirakı ilə iri miqyaslı etiraz aksiyası keçirilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar ölkə əhalisinin sayının əcnəbi işçiləri hesabına çoxaltmaqla bağlı hakimiyyətin gerçəkləşdirmək istədiyi plana qarşı çıxış edib.

 

Bu təşəbbüsə qarşı olanlar bildirib ki, mühacirlərin hesabına şəhər əhalisi onsuzda çoxalıb. Müxalifət gəlmələri əmək haqqının artmasına mane olmaqda, kommunal xidmətin və yaşayışın  bahalaşmasında suçlayıblar.

 

1965-ci ildən hakimiyyət olan Xalq Fəaliyyəti Partiyası bir müddət öncə Sinqapurda doğumun səviyyəsinin aşağı olmasının kompensasiya etmək üçün ölkə əhalisinin sayını 2030-cu ilədək 30 faiz (6,9 milyonadək) artırmaq istədiyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar