Şimali və Cənubi Koreya arasındakı azad sənaye zonasının bərpası ilə bağlı tərəflər arasında aparılan danışıqlar nəticə verməyib.Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tərəflər gələn həftə, iyulun 15-də sərhəd bölgəsində danışıqları davam etdirmək haqda razılığa gəlib.
Cənubi Koreya savaşa zamanı parçalanmış ailələrin yenidən görüşməsi ilə bağlı məsələni müzakirə etməyə razılıq verib.
Hər iki tərəf Kesonda sənaye kompleksinin bərpasının vacibliyini vurğulayıb.
2013-cü ili naprel böhranınadək Şimali Koreyadan orada 50 min nəfərə yaxın işçi çalışırdı.
Rəsmi Seul bu sənaye müəssisəsinin yenidən bağlanmayacağına dair Şimali Кoreya hakimiyyətindən təminat istəyir.
Şimali Keson sənaye zonasını apreldə bağlamışdı. Buna səbəb BMT-nin Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsi və ABŞ-la Cənubi Koreyanın bölgədə birgə hərbi təlimlər keçirməsi olmuşdu.
Sanksiyalardan öncə rəsmi Pxenyan atom - nüvə sınaqlarını həyata keçirmişdi.