Şimal dənizinin Britaniyaya məxsus Şetland adaları yaxınlığında vertolyot qəzaya uğrayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurbanların sayı 4 nəfərə çatıb.
Polis bildirib ki, göyərtədə qalan 14 nəfər xilas edilib.
Olayın baş vermə səbəbi araşdırılır.
Mənbənin məlumatına əsasən, vertolyot dünyanın ən nəhəng kommersiya operatorlarından birinə, Kanadanın «CHC Helicopter» şirkətinə məxsus olub. Bu vertolyot operatoru neft-qaz hasil edən platformalara əməkdaşlar daşımaq üzrə ixtisaslaşıb.