Livandakı Hizbullah Hərəkatı Suriya prezidenti Bəşər Əsədə dəstək məqsədi ilə bu ölkədəki hərbi əməliyyatlarda iştirak edə bilər.
Lent.az-ın verdiyi məlumata görə, bunu “Hizbullah” hərəkatının lideri Şeyx Nəsrullah “Associated Press” agentliyinə müsahibəsində söyləyib.
Şeyx Nəsrullah deyib ki, Dəməşqin regionda və bütün dünyada əsl dostları var və onlar Suriyanın ABŞ, yaxud İsrailin əlinə düşməsinə imkan verməyəcəklər.
Qeyd edək ki, Suriya müxalifəti hesab edir ki, “Hizbullah” hərəkatının döyüşçülərinin artıq Bəşər Əsədə sadiq ordu bölmələri ilə birlikdə döyüş əməliyyatlarında iştirak edirlər.