Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze yeni prezident Georgiya Marqvelaşvilinin andiçmə mərasiminə qatılmayacaq.
Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, bu, onun səhhəti ilə bağlıdır.
Mənbə bildirib ki, mərasimə hazırkı prezident Mixail Saakaşvili də dəvət edilib, ancaq onun tədbirdə iştirakı hələ məlum deyil.
«Cənəb Şevardnadze bu gün səhər səhəti ilə əlaqədar andiçməyə qatılmamağı qərara alıb. O, Marqvelaşviliyə yazılı təbrik məktubu göndərib. O, yeni seçilən prezidentə uğurlar arzulayıb» -deyə, Şevardnadzenin köməkçisi Marina Davitaşvili noyabrın 15-də bildirib.
Xatırladaq ki, prezidentin andiçmə mərasimi noyabrın 17-də keçiriləcək.