Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi uğurunda hərəkat liderlərindən biri krallığının paytaxtı Ər-Riyada idarə etdiyi maşınla gələrkən saxlanılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Əzizə Yusif adlı xanım bildirib ki,onun polis idarəsinə aparıblar: «Mənə təklif etdilər ki, bir daha avtomobili idarə etməyəcəyi haqda öhdəliyə qol çəkim».
İki gün öncə isə o, ölkənin daxili işlər naziri ilə qadınların sürücülük haqqı ilə bağlı məsələni müzakirə edib. Onun sözlərinə görə, həmin söhbət onda hakimiyyətin bu problemlə bağlı mövqeyinin dəyişəcəyinə ümidini artırmışdı.