Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi Məkkəyə gələn zəvvarlardan respirator maskalar taxmalarını xahiş edir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum bu yolla zəvvarların «RBK» -koronavirusa yoluxmalarının qarşısını almağı məsləhət görür.
Bundan başqa həkimlər xroniki xəstəliyi olanlara ziyarətin vaxtını dəyişmələrin tövsiyə edir.
Mənbə bildirib ki, RBK - koronavirusla Səudiyyə Ərəbistanında yoluxanların sayı artıq 38 nəfərdir. Bir müddət öncə Ümumdünya Səhiyyə Nazirliyi bildirib ki, yeni koronovirusa qarşı səmərəli dərman yoxdur. Onun əlamətləri, simptomları isə ağ ciyər iltihabına – pnevmaniyaya oxşayır.