Sərnişin təyyarəsi inəyə çırpıldı!
09 avqust 2013 11:30 (UTC +04:00)

Sərnişin təyyarəsi inəyə çırpıldı!

İndoneziyada inanılmaz qəza yaşanıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, göyərtəsində 101 sərnişin olan təyyarə aeroporta eniş zamanı qarşısına çıxan bir inəyə çırpılıb.

Qəza nəticəsində inək ölüb, təyyarə də eniş zolağından çıxıb. Sərnişin və təyyarə heyəti arasında xəsarət alanlar yoxdur. Təyyarənin kapitanı deyib ki, təyyarə enən zaman eniş zolağından keçən inək görüblər, inək təyyarənin işıqlarından çaşqın duruma düşüb: “İnək qəfil eniş zolağında dayandı və sonra da qəza baş verdi...”.

Olayla bağlı aeroport bir müddət bağlanıb.

 

# 732
avatar

Oxşar yazılar