Sergey Lavrov: “Suriya müxalifətinin zamanı çatıb...”
16 sentyabr 2013 18:35 (UTC +04:00)

Sergey Lavrov: “Suriya müxalifətinin zamanı çatıb...”

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətini qıcıqlandıracaq bəyanat verib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Sergey Lavrov misirli həmkarı Nabil Fəhmi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, indiyə qədər Suriya müxalifətini “Cenevrə-2” konfransında iştirak etməyə inandırmağın zəruriliyindən danışıblar və təəssüf ki, bu, özünü doğrultmayıb.

 

Sergey Lavrov onu da bildirib ki, indi fərqli ifadə seçmək lazım gələ bilər: “Artıq Suriya müxalifətini “Cenevrə-2” konfransında iştiraka məcbur etmək zamanı çatıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar