Serbiyada iki sərnişin qatarı toqquşub
02 may 2013 20:13 (UTC +04:00)

Serbiyada iki sərnişin qatarı toqquşub

Belqrad yaxınlığında tuneldə iki sərnişin qatarı toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir neçə adam xəsarət alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “B92” serb telekanalı məlumat yayıb.

 

Məlumata görə, tunelin giriş hissəsinə 6 ədəd təcili yardım maşını cəlb olunub. Telekanal qeyd edib ki, yaralanan sərnişinlərin hamısı bir vaqonda gedirmiş.

 

Qəzanın səbəbləri hələlik məlum deyil.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394
avatar

Oxşar yazılar