Serbiya prezidenti parlamenti buraxdı
29 yanvar 2014 15:43 (UTC +04:00)

Serbiya prezidenti parlamenti buraxdı

Serbiya prezidenti Tomislav Nikoliç parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, T.Nikoliç RTS telekanalının canlı yayımında demokratik və ədalətli seçki kampaniyasının keçiriləcəyinə inandığını bildirib.

 

Müvafiq sərəncama imza atmaqla T.Nikoliç Nazirlər Kabinetinin xahişini yerinə yetirib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar