Separatçıların tərəfdarı Kataloniyanın rəhbəri oldu
13 yanvar 2016 04:41 (UTC +04:00)

Separatçıların tərəfdarı Kataloniyanın rəhbəri oldu

Karles Puçdemon yanvarın 12-də İspaniyanın Kataloniya muxtar vilayətinin hökumət sədri vəzifəsini icra etməyə başlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimində çıxışı zamanı 53 yaşlı Puçdemon vəzifəsini vicdanla icra edəcəyini və Kataloniya xalqının iradəsinə sadiq qalacağını vəd edib: “Bölgəyə xalqın etibar etdiyi vədlərini icra edə biləcək hökumət gərəkdir”.       

 

Bundan əvvəl Kataloniya parlamentinin deputatları qarşısında çıxışı zamanı o “müstəqil Kataloniya dövlətinin” qurulması prosesinə başlamaq lazım olduğunu bildirib.   

 

Əvvəllər Jiron şəhərinin meri vəzifəsində çalışmış Puçdemon bu ilin  yanvarın 10-da Kataloniyanın baş naziri vəzifəsinə seçilib. Onun namizədliyini yerli parlamentin 135 deputatından 70-i dəstəkləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar