ABŞ hakimiyyəti İraqın sabiq prezidenti Səddam Hüseynin mərasim qılıncını İraq hökumətinə qaytarıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu qılınc 2003-cü ildə ABŞ qoşunları Bağdada daxil olarkən Səddam Hüseynin kabinetindən oğurlanıb.
Dünən ABŞ Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları qılıncı ABŞ-ın İraqdakı səfirinə təqdim edib. ABŞ hökuməti qızılla bəzədilmiş bu qılıncı Nyu-Qempşir ştatında auksiona çıxarılarkən tapıb. Auksionu təşkil edən şirkət qılıncın bir amerikalı hərbi tarixçi tərəfindən təqdim olunduğunu açıqlayıb. ABŞ hökuməti Səddam Hüseynin qılıncını müsadirə edib və sabiq İraq prezidentinə bağışlanmış bu qılıncın tarixi dəyərə malik olduğunu bəyan edib.