Səddamın doğma şəhərində qanlı döyüş başladı
24 aprel 2013 18:25 (UTC +04:00)

Səddamın doğma şəhərində qanlı döyüş başladı

İraq qarışır, sünnilərin yaşadıqları şəhərlərdə fövqəladə vəziyyət elan olunur, ordu bölmələri yeridilir...

 

Suriyadan sonra İraqda da sünnilərlə şiələr arasında qanlı qarşıdurmaların başlayacağı yönündə proqnozlar özünü doğruldur.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şiə baş nazir Nuri əl-Malikti ölkədə vəziyyətin kəskin pisləşməsi ilə bağlı İraqda sünnilərin yaşadıqları bir çox şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.

Bu gün ordu bölmələri ilə silahlılar arasında toqquşma zamanı ən azı 15 nəfər ölüb. “Əl-Ərəbiyə” telekanalı hazırda Salah-əd-Dinəyalətində ordu bölmələri ilə silahlılar arasında gərgin döyüşün getdiyi barədə məlumat yayıb.  Silahlılar İraqın sabiq prezidenti Səddam Hüseynin doğma şəhəri Tikritdə polis idarəsinə hücum çəkiblər. Hökumət şəhərə nəzarəti bərpa etmək üçün döyüş vertolyotları da göndərib.

Anbar vilayətindəki Fəlluca, Naynava vilayətinin inzibati mərkəzi Mosul, Diyala vilayətindəki Əl-Mukdadii şəhərlərinə giriş məhdudlaşdırılıb. Dünən bu şəhərlərdə toqquşmalar baş verib. Dünən ən qanlı qarşıdurmalar isə Əl-Xuveyx şəhərində yaşanıb. Bu şəhərdə ordu bölmələri aksiya keçirən sünnilərə hücum edib. Ən azı 25 aksiya iştirakçısı və 2 hərbçi ölüb. Əl-Mukdadiya şəhərində toqquşmalar zamanı 13 nəfər həyatını itirib. Bağdadda isə sünni məscidi minaatanlardan atəşə tutulub. Dünən toqquşmalar zamanı ümumilikdə 70 nəfər ölüb.

 

# 921
avatar

Oxşar yazılar