İraqın keçmiş təhlükəsizlik xidmətinin başçısı, Səddam Hüseynin ögey qardaşı Səbəvi İbrahim əl-Həsən Bağdaddakı həbsxanalardan birinin xəstəxanasında vəfat edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, barəsində ölüm hökmü çıxarılan əl-Həsənin xərçəngdən həyatını itirdiyi bildirilib.
O, 2005-ci ildə amerikalılar tərəfindən həbs olunub. 1991-ci ildə baş vermiş etiraz aksiyalarını güc tətbiqi ilə yatırdıqları üçün Səddam Hüseyn hakimiyyətinin başqa rəhbər vəzifəliləri kimi o, da edama məhkum olunmuşdu.