Saxta sürücülük vəsiqəsi : Putinin adına fotosu ilə
11 aprel 2013 07:07 (UTC +04:00)

Saxta sürücülük vəsiqəsi : Putinin adına fotosu ilə

Almaniyada əcaib olay baş verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,Zaltsburqrdan Münhenə gedən gənc sürücünü yolda polis yoxlama üçün saxlayıb. Bu zaman məlum olub ki, ondan Rusiya prezidenti Vladimir Putinin fotosu ilə onun adına Latviyaya məxsus  sürücülük vəsiqəsi aşkar edilib.

 

Polis bildirib ki, ilk baxışdan sənədin saxta olduğunu ayırd etmək olmur. Ancaq Rusiya prezidentinin bu yaxınlarda Almaniyada olması sənədin saxtalığının tez aşkarlanmasına yardım edib.

 

Polis bildirib ki, rusiya əsilli 27 yaşlı alman saxta sürücülük vəsiqəsini Rusiyadan «bir dənə»yə alıb. Həmin «sənəddə» vəsiqənin verilmə tarixi, onun yiyəsinin yaşı və başqa göstəriciləri göstərilməyib.

 

Saxta sənədi müsadirə etdikdən sonra polis bu gəncin yolunu davam etdirməsinə icazə verib. 

# 1645
avatar

Oxşar yazılar