Gürcüstan parlamentinin binasına partlayıcı qurğu qoyulması ilə bağlı saxta məlumatın verilməsində şübhəli bilinən həbs edilib.
Lent.az-ın «Novosti Qruziya»-ya istinadən məlumatına görə, bu adam haqqında əlavə açıqlama verilməyib.
Həmin şübhəliyə qarşı «terrorçuluqla bağlı saxta məlumat» maddəsi ilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, bu gün axşamüstü parlamentin binasına partlayıcı qurğu yerləşdirildiyi haqda telefon zəngi edilib.