Sarkisyan baş naziri dəyişmədi
19 aprel 2013 00:11 (UTC +04:00)

Sarkisyan baş naziri dəyişmədi

Aprelin 18-də axşam Ermənistanın hakim Respublikaçılar Partiyasının iclasında baş nazir postuna yenidən Tiqran Sarkisyan irəli sürülüb.

 

Lent.az-ın «Novosti Armenii»-ya istinadən məlumatına görə, ölkə başçısı müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın öz postlarında saxlamaq qərarına gəlib.

 

Xatırladaq ki, 2012-ci ilin parlament seçkisindən sonra formalaşmış hökumət aprelin 9-da tam tərkibdə istefa vermişdi. Ermənistan Ana Yasasına əsasən, prezident 10 gün müddətinə yeni baş naziri təyin etməlidir. Hökumət isə baş nazirin təyinindən sonra 20 gün müddətinə formalaşmalıdır. 

# 395
avatar

Oxşar yazılar