Sarkisyanın maaşı 203 faiz qaldırıldı
12 noyabr 2013 04:56 (UTC +04:00)

Sarkisyanın maaşı 203 faiz qaldırıldı

Ermənistan parlamenti «Dövlət məmurlarının əmək haqları haqqında» qanun layihəsini qəbul edib.

 

Lent.az-ın «vest.az»-a istinadən məlumatına görə, «gazeta.ru»-nun yaydığı xəbərə əsasən, müxalifətin etirazına baxmayaraq, 131 deputatdan 69-un səsi ilə sənəd qəbul olunub.

 

Yeni qanuna əsasən, Ermənistan prezidentinin maaşı  203 faiz artacaq. Başqa sözlə Serj Sarkisiyan bundan sonra min dollar deyil,  3 min 260 dollar maşa qol çəkəcək.

 

Parlamentin sədri Ovik Abramyan və baş nazir Tiqran Sarkisiyanın aylıq əmək haqqı isə  318 faiz qalxacaq. Onlar da maaş cədvəlində 945 dollara deyil,  2935 dollara imza atacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2027

Oxşar yazılar