Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə canlı efirdə yayımlanan mətbuat konfransında hava limanının rəsmisi nümayəndələriaçıqlama verib.
Onun dediyinə əsasən, 181 nəfər xəstəxanalara aparılıb, onlardan 49-un vəziyyəti ağırdır. Sərnişinlərdən daha 123 nəfəri terminalda qeydə alınıb. İki nəfərin ölməsi barədə xəbər rəsmi təsdiqlənib.
Beləliklə, bir nəfərin taleyi naməlum olaraq qalmaqdadır. Bundan əvvəl San-Fransisko hava limanının yanğından mühafizə xidmətinin rəisi Coan Xeys-Uayt 60 nəfərin itkin düşdüyünü bildirmişdi.
Yaralananlardan 10 nəfərin vəziyyəti daha ağırdır.
***
02.05
San-Fransiskoda baş vermiş təyyarə qəzası nəticəsində 2 sərnişin həlak olub, 48 nəfər ciddi xəsarət alıb.
***
02.00
San-Fransiskoda qəzaya uğramış «Boeing 777»-də 290 sərnişin olub.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, onların taleyindən hələ də məlumat yoxdur.
***
00.32
«Asian» şirkətinə məxsus təyyarə ABŞ-ın San-Fransisko hava limanında eniş edərkən qəzaya uğrayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay qurbanları barədə məlumat yoxdur.
Məlumata əsasən, «Boeing 777» Taybeydən uçub. Eniş zamanı təyyarə yanıb.