Samara hərbi poliqonda partlayış: 4 nəfər yaralanıb, 4 mindən çox insan köçürülüb - YENİLƏNİB
19 iyun 2013 00:26 (UTC +04:00)

Samara hərbi poliqonda partlayış: 4 nəfər yaralanıb, 4 mindən çox insan köçürülüb - YENİLƏNİB

 

Rusiyanın Samara vilayətində silah-sursat poliqonunda baş vermiş partlayışlar nəticəsində 4 nəfər yaralanıb, əhali təhlükəli ərazidən köçürülübr.

 

Lent.az-ın  “RİA Novosti”yə istinadən məlumatına görə,Çapayevski qəsəbəsi yaxınlığında yerləşən poliqonda partlayışlar iyunun 18-i axşam saatlarında başlayıb. Rusiya DİN Baş İdarəsi bildirib ki,partlayışlar hazırda da davam edir. İlkin məlumata görə, anbarlarda 13 milyon ədəd hərbi sursat saxlanılır. Mərmi qəlpələri geniş məsafəni əhatə etdiyindən yanğınsöndürənlər hadisə yerinə yaxınlaşa bilmir.    

 

FHN hadisə yerinə 2 təyyarə ilə xüsusi robotlar göndərməyi planlaşdırır.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, poliqonun yaxınlığında yerləşən məntəqələrdən 4 mindən çox insan  təxliyə edilib.  

 

FHN, DİN, “Rusiya dəmir yolları” və Müdafiə Nazirliyinin əməkdaşları və texnikası  hadisənin fəsadlarını aradan götürməyə cəlb olunub.  

 

***

22.12

Rusiyanın Samara vilayətində partlayış baş verib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partlayışın səbəb araşdırılır. İlkin məlumata əsasən, olay mərmilərlə dolu bir otaqda baş verib. Müstəntiq bildirib ki, partlayış vilayətin Çapayev şəhərinə qapalı rejimli obyektdə olub.

 

Bir müddət öncə polis hadisənin Novokuybışevskdə olduğunu bildirmişdi.

 

Partlayışın baş verdiyi yer və səbəb dəqiqləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar